Yunanıstan Qəzza ilə bağlı yaradılan “Sülh Şurası”nın iclasında müşahidəçi statusu ilə iştirak edəcək.
"Cebheinfo.az" xəbər verir ki, Yunanıstan hökumətinin sözçüsü Pavlos Marinakis həftəlik mətbuat konfransında Qəzzada atəşkəs prosesinin ikinci mərhələsi çərçivəsində yaradılmış Sülh Şurasında ölkəsinin iştirakı ilə bağlı açıqlama verib.
Marinakis bildirib ki, Yunanıstan fevralın 19-da Vashinqtonda keçiriləcək iclasa “müşahidəçi” statusunda qatılmaq qərarı verib. Onun sözlərinə görə, toplantıda Yunanıstanı iqtisadi diplomatiyaya cavabdeh xarici işlər nazirinin müavini Haris Teoharis təmsil edəcək.
Marinakis əlavə edib ki, Yunanıstan Qəzzanın yenidən qurulması prosesi üçün yaradılacaq sabitləşdirmə qüvvəsində də iştirak etmək istəyir.
O vurğulayıb ki, Yunanıstanın hər hansı sülhməramlı missiyada yer almasının əsas şərti bu qurumun United Nations Security Council-in 2803 saylı qətnaməsi çərçivəsində formalaşdırılmasıdır.