RU

Paşinyanla Akopyan münasibətlərini rəsmiləşdirdi – Yenilənib

Ermənistanın Baş naziri Nikol Paşinyanın həyat yoldaşı Anna Akopyanla vətəndaş nikahı başa çatıb.

Busaat.az xəbər verir ki, bu barədə A.Akopyan feysbuk hesabında paylaşım edib.

“Məlumat vermək istəyirəm ki, mənim Baş nazir Nikol Paşinyanla vətəndaş nikahım başa çatıb. Hər kəsdən bu məsələdə təmkinli olmağı xahiş edirəm”, – o bildirib.

Bununla belə, Anna həmin paylaşımı hansı səbəblərə görə etdiyini və bunun nə mənaya gəldiyini açıqlamayıb. Bu isə sosial şəbəkələrdə cütlüyün ayrılıb-ayrılmamasına dair müzakirələrə səbəb olub.

Xatırladaq ki, N.Paşinyanla A.Akopyan rəsmi şəkildə evli olmayıb. Bunun səbəbləri barədə danışan Ermənistan Baş naziri siyasətlə məşğul olduğu üçün gələcəkdə həbs edilmək riskinə görə bu addımı atdığını bildirib. Cütlüyün 4 övladı var.

***

Ermənistanın “Factor” portalının əldə etdiyi məlumata görə, 1990-cı illərin sonundan münasibətdə olan Nikol Paşinyanla Anna Akopyanın nikahları rəsmi olaraq qeydiyyata alınıb.

Избранный
31
busaat.az

1Источники