Naxçıvan Dövlət Universitetinin Bədən tərbiyəsi və idman kafedrasının sabiq baş müəllimi Elza Musayeva vəfat edib.
"Cebheinfo.az" xəbər verir ki, bu barədə universitet məlumat yayıb.
Mərhum Elza Kamal qızı Musayeva 1950-ci ildə Naxçıvan şəhərində anadan olub.
O, 1980-ci ildə Naxçıvan Dövlət Universitetində əmək fəaliyyətinə başlayıb. Uzun müddət universitetin Bədən tərbiyəsi və idman kafedrasında müəllim, baş müəllim vəzifələrində işləyib.
Allah rəhmət eləsin.
"Cebheinfo.az"