RU

2500 il əvvəl estetik əməliyyat olub? – Cərrahiyyə tarixini alt-üst edən tapıntı - FOTO

Rusiyanın Altay vilayətində təxminən 2500 il əvvələ aid mumiya tapılıb.

Bizim.Media Rusiya mətbuatına istinadən xəbər verir ki, mumiyanı digərlərindən fərqləndirən cəhəti onun minilliklər öncə mürəkkəb bir əməliyyat keçirməsidir.

Alimlər buz qatlarının altından tapılmış qadın mumiyasının kəlləsini araşdırmaq üçün ilk dəfə kompüter tomoqrafiyasından istifadə ediblər. Məlum olub ki, onun çənəsi sağlığında ya hansısa qəza zamanı, ya da işgəncədən sınıb.

Qəribədir ki, insanların sivil yaşayışdan uzaq sandığı həmin dövrdə, üstəlik ucqar ərazidə qədim həkimlər onun alt çənəsinin funksiyasını bərpa edə biliblər və ona yemək yeməyə və danışmağa imkan veriblər. Alimlər əvvəllər heç vaxt belə tapıntılarla qarşılaşmayıblar.

Halbuki indiyədək dünyada çənə ilə bağlı ilk estetik əməliyyatın 1916-cı ildə baş tutduğu deyilirdi. I Dünya müharibəsində mərmi partlamasından çənəsi, ağzı parçalanan Villi Vikari adlı matrosu hərbi cərrah Harold Gillis əməliyyat edib.

O, yaralının sinəsi və kürəyindən dəri götürərək çənəyə tikir. Nəticədə Villinin öz toxumasından çənə əti inkişaf edir və ağzı saxlayır. O dövr üçün bu möcüzə idi. Həkim necə olursa infeksiyalardan da yan qaça bilir. Çünki o dövrdə antibiotik hələ kəşf olunmamışdı.

1920-ci ilə kimi Villinin üzü demək olar, normal insan simasına bənzəyir və o sağalır. Lakin o müalicə ərəfəsində psixoloji sarsıntıdan və ağrılardan qurtulmaq üçün narkotikə qurşanır, morfisiz dayana bilmir.

Sonradan onun taleyi barədə məlumat yoxdur. Lakin əsgəri əməliyyat edən cərrah bu hadisədən 30 il sonra kişi cinsiyyət orqanını qadına, 1951-ci ildə isə əksinə, kişiyə qadın orqanı köçürməklə növbəti dəfə tarix yazır.

Müasir Avropada ilk patentləşdirilmiş plastik cərrahiyyə (rinoplastika) 1814-cü ildə Britaniyalı cərrah Cozef Karpue tərəfindən həyata keçirilib. Lakin, rinoplastikanın sələfləri Qədim Hindistanda (e.ə. 6-cı əsr) olub. Həkim Suşruta rinoplastika texnikasını hətta qeydlərində təsvir edib, burunun bədənin digər nahiyəsindən dəri götürməklə yenidən qurulması.

1901-ci ildə isə alman cərrah Ougen fon Hollander tərəfindən üz gərilməsi həyata keçirilib.





Şəfiqə Şəfa, Bizim.Media

Избранный
38
2
bizim.media

3Источники