RU

Yanvarda Azərbaycana 92 milyon dollarlıq hibrid avtomobilləri gətirilib

Bu ilin yanvar ayında Azərbaycana 91,7 milyon dollar dəyərində 4 min 584 ədəd hibrid avtomobil (daxili yanma mühərriklə yanaşı elektrik mühərriklə də hərəkətə gətirilən) idxal edilib.

Fed.az biznes və maliyyə xəbərləri portalı Dövlət Gömük Komitəsinə istinadən xəbər verir ki, hibrid avtomobil idxalı ötən ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsilə 19,3 milyon dollar və ya 26,7%, miqdar ifadəsilə isə 930 ədəd, başqa sözlə 25,4% çoxdur.

Qeyd edək ki, 2025-ci ilin yanvar ayı ərzində ölkəyə 72,4 milyon dollar dəyərində 3 min 654 ədəd hibrid avtomobil gətirilmişdi.

Bu ilin yanvar ayının nəticələrinə görə idxal olunan bir hibrid avtomobilin orta qiyməti 20 min 009 dollar (təxminən 34 min 015 manat) təşkil edib. 2025-ci ilin eyni dövründə isə bu rəqəm 19 min 808 dollar (təxminən 33 min 674 manat) idi. Bu da illik müqayisədə 201 dollar (341 manat) və ya 1% bahalaşma deməkdir.

Избранный
19
fed.az

1Источники