RU

Orban müxalifəti Aİ ilə gizli əməkdaşlıqda günahlandırıb

Macarıstanın Baş naziri Viktor Orban ölkənin müxalifətini Ukraynanın Avropa İttifaqına qəbulunu sürətləndirmək üçün qurumun liderləri ilə gizli əməkdaşlıqda günahlandırıb.

Bu barədə siyasətçi hakim "FİDES - Macar Vətəndaş İttifaqı" Partiyası və onların tərəfdaşı Xristian Demokratların iclasında açıqlayıb.

Hökumət başçısı həmçinin bildirib ki, müxalifətdəki "Tisa" partiyası hakimiyyətə gələrsə, Macarıstanı Rusiya ilə birbaşa münaqişəyə sürükləyə bilər.

"Ötən həftə sonu "Tisa" partiyası Münhendə Brüssel ilə gizli bir pakt imzaladı. Bu paktın bir hissəsinə veto hüququndan imtina etmək, miqrasiya müqaviləsini dəstəkləmək və Ukraynanın Aİ-yə qoşulmasına icazə vermək daxildir. Onlar Brüsselin əmrlərini yerinə yetirir və bununla da bizi müharibəyə sürükləyirlər".

"Cebheinfo.az" 

Избранный
8
2
cebheinfo.az

3Источники