RU

Niyə dünya antibiotiklərdən imtina edə bilməz?

Bu gün antibiotiksiz həyatı təsəvvür etmək çətindir. Onlar tibb sahəsində geniş istifadə olunur və milyonlarla insanın həyatını xilas edir. Bununla belə, antibiotiklərlə bağlı bir çox mif mövcuddur. Ən yayılmış fikirlərdən biri odur ki, bu dərmanlar orqanizmə bərpaolunmaz zərər vurur və onlardan tamamilə imtina etmək lazımdır.

QHT.az xəbər verir ki, antibiotiklər bakteriyaları məhv edən və ya onların çoxalmasını dayandıran dərmanlardır. Bəziləri isə onları təhlükəli hesab edir, düşünür ki, bu preparatlar immun sistemini zəiflədir və gələcəkdə təsirini itirir. Mütəxəssislər bildirirlər ki, həqiqət ortadadır. Bakteriyalar Yer üzündə insanlardan çox əvvəl mövcud olub və mikroflora canlıların təkamülündə mühüm rol oynayıb. İnsan və mikroorqanizmlər daim qarşılıqlı təsirdədir.

Antibiotiklər yalnız həkim təyinatı ilə, düzgün dozada və kursla qəbul edilməlidir. Özbaşına müalicə ağır fəsadlara səbəb ola bilər. Xüsusilə xəstəxanadaxili ağır infeksiyalarda həyat xilas etmək üçün bir neçə antibiotikin kombinasiyası tətbiq olunur. Mütəxəssislərin fikrincə, müasir dünya antibakterial terapiyadan imtina edə bilməz. Statistikaya görə, qlobal antibiotik bazarı artmaqda davam edir: 2025-ci ildə həcmi 49–54 milyard dollar olduğu halda, 2035-ci ildə 70–84 milyard dollara çatacağı proqnozlaşdırılır.

Hazırda yeni nəsil antibiotiklər və innovativ mexanizmlərlə hazırlanan dərmanlar üzərində iş aparılır. Gələcəkdə müalicə daha qısa kurslarla və daha effektiv şəkildə mümkün olacaq.

Antibiotiklər düşmən deyil, düzgün istifadə olunduqda həyatı xilas edən vasitədir. Gələcək onların inkarında deyil, daha təhlükəsiz və effektiv formalarının inkişafındadır. İnsanlar bakteriyalarla birlikdə yaşamağa davam edəcək – əsas məsələ bu tarazlığı düzgün qorumaqdır.

 

Pərvanə Fərhadqızı

Избранный
54
qht.az

1Источники