RU

Soyuq havada quru dəri problemindən xilas olmağın YOLLARI

ain.az, Moderator.az portalına istinadən məlumat yayır.

Əllərdəki quru dəri nəmləndirici kremlər, balzamlar və losyonlarla aradan qaldırıla bilər. Bunlar gündə iki dəfə, soyuq havaya çıxmazdan 15-20 dəqiqə əvvəl çəkilməlidir.

Bunu rusiyalı dermatoloq Marina Qureeva Gazeta.ru-ya verdiyi açıqlamasında bildirib.

Quru dəri (kseroz) ekzema və ya atopik dermatit kimi iltihabi proseslərdən yarana bilər. Lakin problemin əsas səbəbi soyuq mövsümdə qapalı məkanlarda rütubətin aşağı, açıq havada isə yüksək olmasıdır. Quru dəri hüceyrələrarası birləşmələr vasitəsilə suyun itkisindən yaranır və bu birləşmələr soyuğa məruz qaldıqda genişlənir. Rütubət soyuğun dəriyə birbaşa təsirini artırır, soyuq kompres effekti yaradır və hüceyrələrdən suyun çıxmasına səbəb olur.

Bu halların qarşısını almaq üçün xüsusi dərmanlar və yumşaldıcılar hazırlanıb. Bu vasitələr dəridə suyu saxlayır və onun itkisinin qarşısını alır.

Dermatoloqun sözlərinə görə, həkim xəstənin yaşına və dəri tipinə uyğun düzgün nəmləndirici seçməlidir. Marina Qureeva vurğulayıb ki, normal hallarda krem çəkmək kifayətdir.

"Bu maddələr dərinin lipid çatışmazlığını kompensasiya edir, hüceyrələrarası boşluqları doldurur, dərinin səthində qoruyucu təbəqə yaradır və onu qıcıqlandırıcılardan müdafiə edir. Yumşaldıcılar krem, balzam, losyon və s. şəklində olur. Uyğun forma və tərkib adətən xəstənin dəri tipinə, yaşına və dermatoloji vəziyyətinə görə dermatoloq və ya kosmetoloq tərəfindən fərdi seçilir. Lakin quruluq yüngül olduqda sadəcə aptekdən uyğun yumşaldıcı seçmək kifayətdir. Bu məhsulları gündə bir və ya iki dəfə, soyuq havada çölə çıxmazdan 15-20 dəqiqə əvvəl təsirlənmiş nahiyələrə çəkin. Əgər təsir kifayət etməzsə, həkimə müraciət edin" ,- deyə o bildirib. /oxu.az/

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
23
1
moderator.az

2Источники