AZ

Qışda soyuq su içmək olar?

Əksər insanlar qış aylarında bəzi vərdişlərini etmirlər.

Təəssüf ki, onların arasında sağlamlıqları üçün xeyirli olanlar da var. Onlardan biri də su içməkdir. Belə ki, bəzi şəxslər soyuq qış günlərində soyuq su içmək istəmirlər. Düşünürlər ki, soyuq qış günlərində soyuq su içsələr xəstələnə bilərlər. Ancaq mütəxəssislər fəsildən asılı olmayaraq hər gün 1-2 litr su içməyi məsləhət görürlər.

Diyetoloq Leyla Sarıyeva Hit.az-a açıqlamasında deyib ki, əslində orqanizmin suya olan gündəlik tələbatı hər fəsildə eynidir:

"Yəni havanın necə olmasından asılı olmayaraq hər kəs gün ərzində minimum 2 litr maye qəbul etməlidir. Düzdür, bəzi insanlar xəstələnməkdən ehtiyat etdikləri üçün qışda normal dərəcədə belə su içmirlər. Lakin həmin insanlar özlərini öyrəşdirməyə çalışmalıdırlar".

Ekspert qeyd edib ki, davamlı su içdikcə, artıq bədən də bunu tələb edəcək:

"Beləliklə, bu bir vərdişə çevriləcək. Unutmayın ki, bədəndə su ehtiyatı normadan az olması orqanizmdə müəyyən dəyişikliklərə və hətta xəstəliklərə səbəb ola bilər".

Günel

Seçilən
56
5
hit.az

10Mənbələr