RU

Tramp Kubaya qarşı hərbi əməliyyatın mümkünlüyü ilə bağlı suala cavab verməyib

ABŞ Prezidenti Donald Tramp Kubaya qarşı hərbi əməliyyatın mümkünlüyü ilə bağlı sualı cavablandırmaqdan imtina edib.

"Far.Az" xəbər verir ki, Ağ Ev rəhbəri bunu Floridadan Vaşinqtona uçuş zamanı təyyarəsində jurnalistlərə bildirib.

ABŞ-nin Venesuelada həyata keçirdiyi əməliyyata bənzər bir əməliyyatı Kubada keçirməyi düşünüb-düşünmədiyi soruşulduqda, o deyib: "Buna cavab vermək istəmirəm. Bu, çox çətin bir əməliyyat olmazdı, amma düşünmürəm ki, buna ehtiyac olsun".

Ağ Ev rəhbərinin sözlərinə görə, Amerika administrasiyası hazırda Havana ilə danışıqlar aparır: "Biz hazırda Kuba ilə danışırıq; ABŞ dövlət katibi Marko Rubio hazırda Kuba ilə danışır", - deyə o bildirib və əlavə edib ki, Kuba hakimiyyətinin Vaşinqtonla "razılaşmalı" olduğuna inanır.

Избранный
50
far.az

1Источники