RU

Ekvadorda həbsxanalarda ölüm halları 4 dəfə artıb

525.az saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

Ötən il Ekvador həbsxanalarında ölüm halları 2024-cü illə müqayisədə 4 dəfə artıb.

525.az xarici KİV-ə istinadən xəbər verir ki, "Reuters" agentliyi yerli mənbələrə istinadən xəbər yayıb.

Ötən il 1220 nəfər cəzaçəkmə yerlərində həyatla vidalaşıb. Onlardan əksəriyyəti yerli bandaların aralarında baş verən münaqişə zamanı öldürülüb. Xəstəlikdən dünyasını dəyişənlər, intihar edənlər də az deyil. 

Ekvador prezidenti Daniel Noboa bir müddət əvvəl  neqativ halların aradan qaldırılacağı barədə vəd verib. O müvafiq qurumlara həbsxanalarda qiyamların azaldılmasını, tibbi xidmətin yaxşılaşdırılmasını və s. tapşırıb.

Qeyd edək ki, vəziyyətdən çıxış yolu kimi həm də yeni müasir həbsxanaların tikintisi və bəzi cəzaçəkmə müəssisələrinə hərbçilər tərəfindən nəzarət edilməsi də gündəmdədir.

L.Tağıyeva

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Избранный
154
525.az

1Источники