RU

Bu, Rusiya ilə razılaşdırılıb, hazırıq Umerov

ain.az, Axar.az portalına istinadən məlumat yayır.

Ukrayna nümayəndə heyəti Cenevrəyə gedib. Tərəflər təhlükəsizliklə bağlı məsələləri qaldıracaqlar.

Axar.az xəbər verir ki, bu barədə Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Rüstəm Umerov məlumat verib

Onun sözlərinə görə, gündəlik artıq razılaşdırılıb və komanda işə hazırdır:

“Ukrayna rəsmiləri ədalətli və davamlı sülhün təmin edilməsi üçün konstruktiv işə və təhlükəsizlik, humanitar məsələlər üzrə əsaslı görüşlərə sadiqdirlər”.

Qeyd edək ki, Ukrayna, Rusiya və ABŞ arasında danışıqların üçüncü mərhələsi Cenevrədə keçiriləcək. Bundan əvvəl tərəflər Əbu-Dabidə iki dəfə görüşüblər.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Избранный
56
axar.az

1Источники