RU

Xaricdə təhsil üzrə sənəd qəbulu nə vaxta qədər davam edəcək?VİDEO

Xaricdə təhsil üzrə Dövlət Proqramına sənəd qəbulunun başlama tarixi məlum olub.

Xezerxeber.az xəbər verir ki, proqrama müraciət üçün əsas şərtlərdən biri məhz sözügedən siyahıda yer alan universitetlərdən müvafiq sahə və proqramlar üzrə qəbul sənədinin əldə edilməsidir. Elm və Təhsil Nazirliyinin Dövlət proqramı idarəetmə qrupundan bildirilib ki, sənəd qəbulu aprelin 15-də başlayacaq.

Təsdiq olunmuş yeni siyahıya əsasən, namizədlərə 15 prioritet ixtisas istiqaməti üzrə dünyanın 33 ölkəsini təmsil edən 231 nüfuzlu ali təhsil ocağında təhsil almaq imkanı yaradılıb. Buraya ümumilikdə 4121 proqram daxildir.

Bildirilib ki, Dövlət Proqramı üzrə illik kvota 500 nəfər təşkil edir. Bu kvota çərçivəsində rəqabət mühitinin tənzimlənməsi məqsədilə müraciət sayından asılı olaraq prioritet ixtisas istiqamətləri üzrə keçid balları tətbiq edilə bilər.

Dövlət Proqramının 15 prioritet ixtisas sahəsi ilə yanaşı, "Mədəniyyət və incəsənət" sahəsi üzrə də bu il imkanlar genişləndirilib. Ötən illə müqayisədə bu istiqamət üzrə siyahıya daxil edilən nüfuzlu ali təhsil müəssisələrinin sayı artırılıb.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir. 

Избранный
125
xezerxeber.az

1Источники