RU

Rusiyanın genişmiqyaslı hücumu gözlənilir: Zelenski tapşırıq verdi

Ukrayna Prezidenti Vladimir Zelenski Ukrayna Hərbi Hava Qüvvələri Komandanı Anatoli Krivonozkoya, Ukrayna Müdafiə Naziri Mixaylo Fedorova və "Ukrenerqo"nun baş direktoru Vitaliy Zayçenkoya Rusiyanın kütləvi hücuma hazırlaşması ilə bağlı kəşfiyyat məlumatlarını nəzərə alaraq, gün ərzində lazımi əlavə müdafiə tədbirləri hazırlamağı tapşırdığını açıqlayıb. 

Sitat.info xəbər verir ki, o bir çox bölgələrin istilik izolyasiya paketləri ilə təmin olunması tapşırığını verib: 

"Biz Xarkov və ətraf bölgədəki, Zaporojye, Poltava və ətraf bölgədəki, Sumı vilayətindəki, Kropivnitski və ətraf bölgədəki, Kiyev və ətraf bölgədəki və Ternopoldakı vəziyyəti ayrıca müzakirə etdik. Mən hökumətə Xarkova istilik izolyasiya paketlərinin tədarükünü genişləndirməyi tapşırdım və ümumi proqram təxminən 90.000 paketə çatacaq", - deyə o qeyd edib.

Nigar,

Sitat.info

Избранный
35
sitat.info

1Источники