RU

"Aston Villa"da qapıçı axtarışı: Martinesin yerinə Mançesterdən namizəd

"Aston Villa" rəhbərliyi argentinalı ulduz qolkiper Emiliano Martinesin komandadan ayrılma ehtimalına qarşı artıq ciddi ehtiyat planı hazırlayıb.

Fanat.Az xəbər verir ki, Birmingem təmsilçisi "Mançester Siti"də Canluici Donnarummanın kölgəsində qalan 23 yaşlı istedad Ceyms Traffordu əsas hədəf seçərək onun transferi üçün 30 milyon funt-sterlinqlik büdcə ayırıb.

33 yaşlı Martinesin həm performansındakı eniş həm də yeni çağırışlar axtarması klubun heyəti gəncləşdirmək qərarını qətiləşdirib. Buna baxmayaraq gənc ingilis qapıçı Trafforda "Lids Yunayted" və "Nyukasl" kimi klublardan da maraq var. Lakin Unai Emerinin gənc ulduzu şəxsən öz sərəncamında görmək istəməsi "Villa"nın bu yarışda favorit olduğunu göstərir.

Digər tərəfdən "Portu"dan Dioqo Kosta da siyahıda olsa da Traffordun Premyer Liqa təcrübəsi onu seçimdə bir addım öndə tutur.

Kamil Xudiyev

Избранный
77
1
fanat.az

2Источники