RU

“Sabah” Gürcüstandan çempionluqla qayıtdı

“Sabah”ın U-14 komandası Gürcüstanda keçirilən “Kobuleti Winter Cup” turnirinin qalibi olub.

Klubun mətbuat xidmətindən 90deqiqe.Az-a verilən məlumata görə, Bakı təmsilçisi yarış ərzində inamlı çıxışı ilə diqqət çəkib.

Komanda yarımfinal mərhələsində Batumi “Dinamo”sunu 5:0 hesabı ilə məğlub edərək finala yüksəlib. Həlledici görüşdə isə “T.S. Academy” üzərində 2:0 hesablı qələbə qazanan “Sabah” turniri çempion kimi başa vurub.

Избранный
87
90deqiqe.az

1Источники