RU

Ürəyinizin artıq xəstə olduğuna işarə edən–Simptomlar



Xroniki yorğunluq, halsızlıq və zəiflik ürək-damar xəstəliklərinin simptomları ola bilər.


Medicina.az xəbər verir ki, bu barədə baş kardioloq, tibb üzrə fəlsəfə doktoru Aleksey Alekseenko məlumat verib. O, izah edib ki, ürək xəstəliyini aşkar etmək üçün ilk dəfə görünən simptomlara diqqət yetirmək vacibdir.

"Məsələn, xroniki yorğunluq, halsızlıq, zəiflik hissi - yəni adi fiziki fəaliyyət çətinləşdikdə ürək yoxlanmalıdır.
Sinə sümüyünün arxasındakı narahatlığa işemik ağrıya da diqqət yetirmək vacibdir.

Bu tip ağrı lokal olaraq, qabırğalar arasında bir yerdə baş vermir, ancaq döş sümüyünün arxasında lokallaşır. Alekseenko vurğulayıb ki, sol qola, sol kürək sümüyünün altına, boyuna və ya alt çənəyə yayıla bilər.

Fiziki məşq zamanı nəfəs darlığı narahatedici bir simptom ola bilər. Həkim əlavə edib ki, nəfəs darlığı ilk dəfə görünürsə, həkimə müraciət edib səbəbini araşdırmağın vaxtıdır.

Cərrah Amiran Revişvili xroniki stressin gənclərdə getdikcə daha çox ürək xəstəliyinə səbəb olduğunu bildirmişdi. Mütəxəssis izah etdi ki, bu, qan damarlarına və ürəyin fəaliyyətinə birbaşa təsir göstərir, hipertoniya, aritmiya və digər patologiyaların inkişaf ehtimalını artırır.


Aygün Musayeva



Избранный
29
1
medicina.az

2Источники