RU

Londonda uşaqlar arasında qızılca xəstəliyi yayılıb, xəstəxanalara yerləşdirilənlər var

London, 16 fevral, AZƏRTAC

Böyük Britaniyanın London şəhərinin şimalında qızılca xəstəliyinin yayılması ilə əlaqədar valideynlərə bildirilib ki, peyvənd olunmamış uşaqlar məktəbdən müvəqqəti uzaqlaşdırıla bilərlər.

AZƏRTAC BBC-yə istinadla xəbər verir ki, Enfild Şəhər Şurası bölgədəki bütün valideynlərə ünvanladığı məktubda qeyd edib ki, milli qaydalara uyğun olaraq qızılcaya yoluxmuş şəxslərlə yaxın təmasda olmuş və tam peyvənd edilməmiş şagirdləri 21 gün müddətinə məktəbdən kənarlaşdırmaq mümkündür.

Böyük Britaniya Səhiyyə Təhlükəsizliyi Agentliyi bildirib ki, cari ilin əvvəlindən etibarən Enfild rayonunda azı 34 uşaq qızılcaya yoluxub, onlardan bir neçəsi xəstəxanaya yerləşdirilib.

Aytən Abbaslı

AZƏRTAC-ın xüsusi müxbiri

London

Избранный
92
1
azertag.az

2Источники