RU

Azərbaycanda 157 turizm bələdçisinə vəsiqə verilib

Dövlət Turizm Agentliyi yanında Azərbaycan Turizm Bürosunun (ATB) nəzdindəki Turizm Bələdçilərinin Sertifikatlaşdırılması Orqanının (TBSO) sertifikatlaşdırma prosesi çərçivəsində 157 turizm bələdçisi müvafiq imtahan mərhələlərini tamamlayıb.

Aznews.az xəbər verir ki,qiymətləndirmə prosesi müəyyən edilmiş standartlara uyğun şəkildə təşkil olunaraq, nəzəri biliklərin və praktiki bacarıqların yoxlanılmasını əhatə etməklə peşəkar bələdçi-ekspertlərin iştirakı ilə aparılıb.

Sertifikatlaşdırılmış 157 bələdçiyə vahid "Turizm bələdçisi" vəsiqəsi təqdim olunub və onların siyahısı ATB-nin rəsmi veb-saytının əsas səhifəsində "Sertifikatlaşdırılmış turizm bələdçiləri" bölməsinə (https://tourismboard.az/az/certified-guides) yerləşdirilib.

Sertifikatlaşdırma prosesi davamlı xarakter daşıyır. Namizədlərin müraciətləri mütəmadi əsasda qəbul olunur və təqdim olunan sənədlər müvafiq qiymətləndirmə mərhələsinə yönləndirilir. Sertifikat almaq üçün tələb olunan bütün mərhələləri uğurla tamamlayan turizm bələdçiləri barədə məlumatlar müntəzəm olaraq yenilənərək qeyd olunan bölmədə dərc ediləcək.

Избранный
50
9
aznews.az

10Источники