AZ

Azərbaycanda daha 157 turizm bələdçisinə sertifikat verildi

Bakı.Trend:

Azərbaycan Turizm Bürosunun (ATB) nəzdində fəaliyyət göstərənTurizm Bələdçilərinin Sertifikatlaşdırılması Orqanı (TBSO)tərəfindən icra olunan sertifikatlaşdırma prosesi çərçivəsində 157turizm bələdçisi müvafiq imtahan mərhələlərini uğurlatamamlayıb.

Trend xəbərverir ki, bu barədə Dövlət Turizm Agentliyi məlumat yayıb.

Bildirilir ki, qiymətləndirmə prosesi müəyyən edilmişstandartlara uyğun şəkildə təşkil olunaraq, nəzəri biliklərin vəpraktiki bacarıqların yoxlanılmasını əhatə etməklə peşəkarbələdçi-ekspertlərin iştirakı ilə aparılıb.

Sertifikatlaşdırılmış 157 bələdçiyə vahid “Turizm bələdçisi”vəsiqəsi təqdim olunub və onların siyahısı ATB-nin rəsmiveb-saytının əsas səhifəsində “Sertifikatlaşdırılmış turizmbələdçiləri” bölməsinə (https://tourismboard.az/az/certified-guides)yerləşdirilib.

Qeyd edək ki, sertifikatlaşdırma prosesi davamlı xarakterdaşıyır. Namizədlərin müraciətləri mütəmadi əsasda qəbul olunur vətəqdim olunan sənədlər müvafiq qiymətləndirmə mərhələsinəyönləndirilir. Sertifikat almaq üçün tələb olunan bütün mərhələləriuğurla tamamlayan turizm bələdçiləri barədə məlumatlar müntəzəmolaraq yenilənərək qeyd olunan bölmədə dərc ediləcək.

Turizm bələdçilərinin müvafiq qiymətləndirmə mexanizmləriəsasında sertifikatlaşdırılması turizm sektorunda xidmətkeyfiyyətinin yüksəldilməsinə, peşəkar səriştəliliyingücləndirilməsinə və turist məmnuniyyətinin artırılmasına töhfəverir. Eyni zamanda bu proses turizm bazarında standartlara uyğunvə etibarlı bələdçilərin fəaliyyətinin təmin olunmasına xidmətedir.

“Turizm haqqında” Azərbaycan Respublikası Qanununun 10.2-cimaddəsinə əsasən, sertifikatlaşdırılmış turizm bələdçiləri dövlətvə bələdiyyə mülkiyyətində fəaliyyət göstərən muzeylərə,qalereyalara və dövlət qoruqlarına ödənişsiz daxil olmaq hüququnamalikdirlər.

Seçilən
40
9
az.trend.az

10Mənbələr