RU

Tramp İrana qarşı əsas silahından imtina edəcəkmi? Tehranın bircə şərti var

ain.az, GlobalInfo portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

İran xarici işlər nazirinin müavini Məcid Təxt-Rəvançi Tehrandan Vaşinqtona açıq mesaj ünvanlayıb. Onun sözlərinə görə, İslam Respublikası nüvə razılaşmasına nail olmaq üçün kompromisə hazırdır.

“Lakin bir şərtimiz var: Vaşinqton sanksiyaların ləğvi ilə bağlı danışıqlara başlasın”, – o qeyd edib.

ABŞ İrana tətbiq edilən sanksiyaları ləğv edəcəkmi?

Globalinfo.az-a danışan politoloq Züriyə Qarayeva deyib ki, bu açıqlama Tehranın danışıqlar masasını tərk etmək niyyətində olmadığını göstərir:

“Amma prosesin şərtlərini dəyişmək istəyir. ABŞ-ın sanksiyaların ləğvi ilə bağlı birbaşa danışıqlara başlaması isə Vaşinqton üçün olduqca həssas məsələdir. Çünki sanksiyalar ABŞ-ın İrana qarşı əsas təzyiq alətidir. Bundan könüllü imtina etmək ABŞ daxili siyasətində ciddi müqavimətlə qarşılanar. Buna görə də Vaşinqtonun yaxın mərhələdə “sanksiyaların ləğvi” ifadəsini açıq şəkildə danışıqların mərkəzinə gətirməsi ehtimalı zəifdir, daha çox mövcud təzyiq mexanizmini qoruyaraq İranı mərhələli güzəştlərə məcbur etməyə çalışacaq”.

Züriyə Qarayeva

Politoloq bildirib ki, reallıqda sanksiyaların tam ləğvi deyil, müəyyən yumşaldılmalar və ya texniki istisnalar daha mümkün ssenari kimi görünür:

“ABŞ üçün prioritet İranın nüvə proqramını nəzarət altında saxlamaqdır və bu məqsədlə Vaşinqton sanksiyaları “mükafat” aləti kimi istifadə etməyə üstünlük verir. Yəni əvvəlcə İranın real addımlar atması, sonra isə məhdud iqtisadi güzəştlərin gündəmə gəlməsi ehtimalı daha yüksəkdir. Bu baxımdan, sanksiyaların köklü şəkildə aradan qaldırılması yaxın perspektivdə real görünmür, lakin tərəflər arasında gərginliyin idarə olunması üçün selektiv və müvəqqəti razılaşmalar mümkündür”.

Ləman İmran

Globalinfo.az

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
76
globalinfo.az

1Источники