"Yaxın vaxtlarda Ermənistan və Azərbaycan arasında dövlət sərhədinin delimitasiyası və demarkasiyası üzrə komissiyaların növbəti iclası keçiriləcək".
News365.az xəbər verir ki, bunu Ermənistanda "Sülh körpüsü" təşəbbüsü çərçivəsində keçirilən ikitərəfli dəyirmi masanın iştirakçısı Narek Minasyan yerli mətbuata bildirib.
"Hər iki tərəf başa düşür ki, məsələ iki ölkə arasında sərhədin delimitasiyası prosesi vasitəsilə həll olunmalıdır. Əvvəlki görüş Azərbaycanda baş tutduğunu nəzərə alsaq, növbəti görüş çox güman ki, Ermənistanda keçiriləcək", - deyə o bildirib.
Xatırladaq ki, ötən ilin noyabrında Qəbələdə iki ölkənin nümayəndələri arasında sərhədlərin delimitasiya komissiyalarının növbəti iclası keçirilib.