RU

Azərbaycan taekvondoçuları beynəlxalq turnirdə medal qazanıblar – 3 qızıl, 4 bürünc

Fevralın 14-də Özbəkistanın Səmərqənd şəhərində taekvondo üzrə beynəlxalq turnir keçirilib. Azərbaycan taekvondoçuları bu turnirdə 3 qızıl, 4 bürünc medal qazanıblar.

KONKRET.az xəbər verir ki, yarışda Esmanur Azayeva (Neftçi, 44 kq), Ümüd Şahbazov (Neftçi, 37 kq) və Akel Babapur (Ümid T.K., 23 kq) bütün rəqiblərinə qalib gələrək fəxri kürsünün ən yüksək pilləsinə yüksəliblər.

Təmsilçilərimizdən Mürvətov Əhməd (Neftçi, 33 kq), Ramazanova Mehriban (Neftçi, 47 kq), İsmayıllı Dəniz (6 saylı UGİM, 44 kq) və Mirzoyeva Səma (6 saylı UGİM, 44 kq) isə yarışı üçüncü pillədə başa vuraraq bürünc medallara sahib çıxıblar.

Təbrik edirik!

Избранный
15
konkret.az

1Источники