RU

AFFA 1-ci Liqa komandalarını cərimələdi

AFFA İntizam Komitəsinin 1-ci Liqanın 14-cü turu ilə bağlı cəzalar açıqlanıb.

Fanat.Az xəbər verir ki, iclasda aşağıdakı qərarlar qəbul edilib:

“Şahdağ Qusar” – “Cəbrayıl” oyununda “Cəbrayıl”ın futbolçusu Hüseyn Hüseynov rəqibi aşkar qol imkanından məhrum etdiyinə görə birbaşa qırmızı vərəqə aldığı üçün 1 oyunluq cəza alıb, “Cəbrayıl” 300 manat cərimə edilib.

“Cəbrayıl”ın futbolçusu Arsene Dauda ikinci sarıdan qırmızı vərəqə aldığı üçün 1 oyunluq cəza alıb, “Cəbrayıl” 150 manat cərimə edilib.

“Səbail” – “Şəfa” oyununda “Səbail” komandasında 7 nəfər sarı vərəqə aldığı üçün “Səbail” komandası 210 manat cərimə edilib.

“Səbail” – “Şəfa” oyununda “Şəfa” komandasında 5 nəfər sarı vərəqə aldığı üçün “Şəfa” komandası 210 manat cərimə edilib.

Избранный
34
2
fanat.az

3Источники