AFFA İntizam Komitəsinin iclası keçirilib.
Rekord.az xəbər verir ki, iclasda 1-ci Liqanın 14-cü turu ilə bağlı aşağıdakı qərarlar qəbul edilib:
“Şahdağ Qusar” – “Cəbrayıl” oyununda “Cəbrayıl”ın futbolçusu Hüseyn Hüseynov rəqibi aşkar qol imkanından məhrum etdiyinə görə birbaşa qırmızı vərəqə aldığı üçün 1 oyunluq cəza alıb, “Cəbrayıl” 300 manat cərimə edilib.
“Cəbrayıl”ın futbolçusu Arsene Dauda ikinci sarıdan qırmızı vərəqə aldığı üçün 1 oyunluq cəza alıb, “Cəbrayıl” 150 manat cərimə edilib.
“Səbail” – “Şəfa” oyununda “Səbail” komandasında 7 nəfər sarı vərəqə aldığı üçün “Səbail” komandası 210 manat cərimə edilib.
“Səbail” – “Şəfa” oyununda “Şəfa” komandasında 5 nəfər sarı vərəqə aldığı üçün “Şəfa” komandası 210 manat cərimə edilib.