Ermənistan yaxın vaxtlarda dronlar da daxil olmaqla müdafiə təyinatlı texnikanın ixracına başlaya bilər.
Publika.az “Sputnik Armenia”ya istinadla xəbər verir ki, bunu Ermənistanın yüksək texnologiyalar sənayesi naziri Mxitar Hayrapetyan 2025-ci maliyyə ili ilə bağlı mətbuat konfransında bildirib.
Nazirin sözlərinə görə, ötən il bir neçə yerli müdafiə sənayesi müəssisəsi ilk dəfə ixrac lisenziyası əldə edib.