RU

Yanvarda dövlət büdcəsindən fiziki və hüquqi şəxslərə qaytarılan vəsaitin məbləği açıqlanıb

Bakı. Trend:

2026-cı ilin yanvar ayı ərzində dövlət büdcəsindən fiziki vəhüquqi şəxslərə ümumilikdə 15 milyon 778,6 min manat məbləğindəvəsait geri qaytarılıb.

Trend bubarədə Maliyyə Nazirliyinə istinadən xəbər verir.

Məlumata görə, geri qaytarılan vəsaitlər fiziki şəxslərinpərakəndə ticarət və ictimai iaşə sahəsində aldıqları mallara,mədəniyyət (teatr, kino, muzey, konsert), tibbi xidmətlərə, ocümlədən işğaldan azad edilmiş ərazilərdəki mehmanxanaxidmətlərinə, habelə əcnəbilər tərəfindən ölkə ərazisində istehsalvə kommersiya məqsədi daşımayan malların alınmasına ödənilmişƏDV-nin qaytarılmasına aiddir.

Bununla yanaşı, bina tikintisi fəaliyyəti ilə məşğul olanşəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayışsahələrinə görə ödənilmiş ƏDV-nin bir hissəsi, həmçinin artıqödənilmiş digər vergilər, dövlət rüsumu, faizlər və maliyyəsanksiyaları da geri qaytarılıb.

Избранный
117
10
az.trend.az

10Источники