ain.az, Apa.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Ötən ay Azərbaycana ümumilikdə 176 milyon 541 min ABŞ dolları dəyərində 7 591 ədəd avtomobil idxal olunub.
Bu barədə “APA-Economics”ə Dövlət Gömrük Komitəsindən bildirilib.
Məlumata görə, bu, 2024-cü ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 27% çox və 0,94% azdır.
Ay ərzində Azərbaycana 15 milyon 611 min ABŞ dolları dəyərində 712 hibrid avtomobil idxal edilib. Bu isə illik müvafiq olaraq 45,3% azalma və 52,4% artım deməkdir.
Yanvarda ölkəyə gətirilən plug-in hibrid avtomobillərinin dəyəri 73,7% artaraq 76 milyon 113 min ABŞ dolları, sayı isə 79% artaraq 3 872 ədəd təşkil edib.
Hesabat dövründə, Azərbaycana 3 milyon 268 min ABŞ dolları dəyərində 108 tam elektrikli avtomobil idxal edilib. Bu da illik müvafiq olaraq 2 dəfə və 22,3% azdır.
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.