RU

“İnnovasiya və Süni İntellekt” üzrə Təqaüd Proqramına müraciət tarixi uzadıldı

Bakı. Trend:

Azərbaycan Respublikasının Gənclər Fondu və Bakcell-in birgətərəfdaşlığı ilə həyata keçirilən “İnnovasiya və Süni İntellekt”üzrə Təqaüd Proqramına müraciət tarixi 1 mart saat 18:00-dəkuzadılıb.

Təqaüd proqramının əsas hədəfi gənclər arasında innovativdüşüncə tərzinin formalaşdırılması, gənclərin potensialının üzəçıxarılması və süni intellekt əsaslı texnologiyalarla işləməbacarıqlarının artırılması, innovasiya ekosisteminingücləndirilməsinə və gənc mütəxəssislərin formalaşmasına töhfəverməkdir. Tədris müddəti boyunca ümumilikdə 150 gəncin təqaüdproqramından yararlanması nəzərdə tutulur.

Proqram çərçivəsində təqaüd haqqı qazanmış gənclər süniintellekt əsaslı texnologiyalar, data analitika və rəqəmsalqərarvermə, proqramlaşdırma və proqram təminatı, rəqəmsal məhsul vəplatforma bacarıqları, texnologiya əsaslı innovasiya və startapbacarıqları üzrə praktiki bilik və bacarıqlara yiyələnmək imkanıəldə edəcəklər.

Qeyd edək ki, bugünədək təqaüd proqramına 1300-dən çox müraciətdaxil olub. Təqaüddən yararlanmaq istəyən 18-29 yaş arası və İTsahəsi üzrə baza biliklərinə sahib gənclərhttps://youthfoundation.az/taqaudproqrami/ linki vasitəsiləmüraciət edə bilərlər.

Избранный
81
2
az.trend.az

3Источники