RU

Vüqar Qurbanovun işdən çıxarılma səbəbi açıqlandı

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) rəhbəri Vüqar Qurbanov tutduğu postdan uzaqlaşdırılıb.Metbuat.az unikal.az-a istinadən xəbər verir ki, V.Qurbanovun vəzifəsindən azad edilməsi TƏBİB-də həyata keçirilən maliyyə təftişləri ilə əlaqədardır. Belə ki, aparılan yoxlamalar zamanı ciddi maliyyə nöqsanları aşkar edilib. Bildirilir ki, burada söhbət külli miqdarda vəsaitin mənimsənilməsindən gedir.

Qeyd edək ki, Maliyyə Nazirliyinin Dövlət Maliyyə Nəzarəti Xidməti tərəfindən İcbari Tibbi Sığorta Agentliyində və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyində (TƏBİB) müvafiq yoxlamalara 2025-ci ilin sentyabr ayında start verilib.

Избранный
34
21
metbuat.az

10Источники