Bir neçə nazir və təhlükəsizlik rəsmisi vəzifədən azad olunub, prezident sabitliyin qorunduğunu bildirir...
Poliqon xəbər verir ki, Bir neçə gündür ki, Qırğızıstanda Nazirlər Kabinetində geniş kadr dəyişiklikləri aparılır. Prezident Sadır Japarov nəqliyyat və kommunikasiya naziri Absattar Sırqabeyev, fövqəladə hallar naziri Boobek Ajikeyev və təbii ehtiyatlar, ekologiya və texniki nəzarət naziri Meder Maşiyevi vəzifələrindən azad edib. Fövqəladə Hallar Nazirliyinin rəhbəri vəzifəsini müvəqqəti olaraq Urmatbek Şamırkanov icra edəcək.
Bundan əvvəl, fevralın 10-da prezident Nazirlər Kabineti sədrinin müavini və Milli Təhlükəsizlik Dövlət Komitəsinin rəhbəri Kamçıbek Taşiyevi də vəzifəsindən azad etmişdi. Hazırda Milli Təhlükəsizlik Dövlət Komitəsi sədrinin səlahiyyətlərini müvəqqəti olaraq Jumqalbek Şabdanbekov icra edir. Eyni zamanda, xüsusi xidmət orqanının bir neçə rəhbər müavini də postlarını tərk edib.
Prezident Sadır Japarov dövlət xəbər agentliyi Kabara müsahibəsində ölkədə siyasi sabitliyin qorunduğunu və dövlət çevrilişi üçün hər hansı şəraitin olmadığını bildirib. Onun sözlərinə görə, qanunvericilik belə ssenarilərə imkan vermir və ölkədə vəziyyət prezident administrasiyası ilə dövlət qurumlarının daimi nəzarəti altındadır.
Japarov qeyd edib ki, ölkədə mümkün risklərin qarşısının alınması üçün intensiv iş rejimində fəaliyyət göstərir və hər hansı problem yaranarsa dərhal müvafiq dövlət strukturlarına tapşırıqlar verilir. Ekspertlər isə hesab edirlər ki, aparılan kadr dəyişiklikləri idarəetmənin optimallaşdırılması və siyasi nəzarətin gücləndirilməsi məqsədi daşıya bilər.
Poliqon.info