ain.az, Bizim media portalına istinadən məlumat verir.
Britaniyalı müğənni Dua Lipa Instagram səhifəsində nişanlısı, aktyor Callum Turner ilə nadir fotolarını paylaşıb.Bizim.Media xəbər verir ki, Dua Lipa sevgilisini ad günü münasibətilə açıq şəkildə təbrik edib və birgə çəkilmiş şəkillərini yayımlayıb.Kadrlardan birində cütlük yaxtada görüntülənib. Müğənni bordo-mavi rəngli kiçik bikinidə, qızıl sırğalar, boyunbağı və saatla poza verib. Aktyor isə qara üzgüçülük şortu və gün eynəyi ilə obyektiv qarşısına keçib.“Sevgilim, ad günün mübarək”, — deyə ulduz paylaşımına qeyd edib.
Fevralın 14-də Dua Lipa və Kallum Törner Berlin Beynəlxalq Film Festivalının qonaqları olublar. Müğənni qırmızı xalçaya qara yarı şəffaf maksi don, hündürdaban ayaqqabı və iri brilyant boyunbağı ilə çıxıb. Onun saçları hündür toppuz şəklində yığılmış, makiyajı isə kölgələr və narıncı pomada ilə tamamlanmışdı. Kallum Törner isə ağ köynək və qalstuk, qəhvəyi kostyum və botlarla fotoqraflara poza verib.
Yanvar ayında Dua Lipa Parisdə Chanel brendinin dəfiləsində iştirak edib. O, dar ətəkli, rəngarəng kostyumda obyektiv qarşısına keçib. Görünüşünü qara-ağ ayaqqabılar və sırğalarla tamamlayan müğənninin saçları yumşaq dalğalarla düzəldilmiş, yüngül makiyaj seçilmişdi.




Bizim.Media
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.