RU

“Xəmir”i təxribatla, şər böhtanla yoğrulan Hüseynov qadaşları

ain.az bildirir, Cebheinfo portalına istinadən.

Sosial mediada peyda olan bəzi qaragüruhçular Azərbayacan əleyhinə şantaj və böhtan kampaniyası aparmaqla özlərinə ucuz yollarla populyarlıq qazanmağa çalışırlar. 

Onlar insanların diqqətini cəlb etmək üçün etikadan kənar sayılan, ayıb hesab edilən istənilən hərəkətlərə yol verməkdə həm məşhur, hə də mahirdiər. Özlərini jurnalist kim təqdim edən, amma nə jurnalistin peşə etikasından, nə də fəaliyyət prinsiplərindən xəbərdar olan  Emin Hüseynli və Mehman Hüseynov da belələrindəndir. 

Bu qardaşlar siyasi əxlaqsızlığı, təhqiri, söyüşü özlərinə iş üsulu seçiblər. Özlərini də gah jurnalist, gah bloqer kimi təqdim edən Hüseynovların işi əslində xarici ölkələrdə gizlənərək Azərbaycan dövlətçiliyinə qarşı qarayaxma təbliğatı aparmaqdan ibarətdir. Emin və Mehman kimilər jurnlist yox, jurnalistikanın adına ləkədir. 

Onların nə savadı, nə də peşəkarlıq səviyyəsi, nə də mədəniyyəti jurnalistika ilə məşğul olmağa imkan verir. Hüseynovların əxlaqı jurnalistikanın etika davranışı ilə uyğun gəlmir. Azərbaycan cəmiyyəti bu cür adamlar üçün deyil. 

Ona görə də Emin, Mehman kimiləri çıxış yolunu başqa ölkələrdə özlərinə sığınacaq tapıb söyüş bloqeri, böhtan jurnalisti olmaqda tapıblar. Necə deyərlər, Emin və Mehman Hüseynov qardaşlarının çörəyi ləkə yaxmaqdan, söyüşdən, ləyaqət və şərəflə bir araya sığmayan əməllərdən çıxır. 

Emin Hüseynli utanmaq, səhvlərini düzəltmək əvəzinə əlinə mikrafon alıb “müstəqil jurnalist” adı ilə ortalığa çıxmağa özündə cəsarət tapır. “Cəsarəti” bir tərəfə, abırlı olmağı ağlının ucundan da keçirmir. 

Əvvəla, jurnalistlərin adından danışmaq səlahiyyətini Eminə heç kim verməyib. İkincisi, küçə jarqonları ilə qışqırmaq jurnalistika deyil. Bu cür davranış tərzi adi insanlığa da sığan hərəkətlər sayıla bilməz. Deməli, Emin Hüseynli də, onun qardaşı Mehman da ictimai yerlərdə, kütləvi tədbirlərdə, insanların toplaşdığı hər yerdə qadın, kişi, uşaq, böyük düşünmədən özlərini belə aparmağa qadirdirlər. 

Söyüş söyür, təxribat törədir, yalan danışır, üstəlik bu hərəkətlərindən utanmırlar. Bəllidir ki, onlara indiyə qədər  verilən və bundan sonrası üçün vəd olunan hər şey də məhz bu utanmaq hissinin olmamasına görədir. Çünki bu qardaşların “xəmir”i təxribatla, şər-böhtanla yoğrulub. 

Süleyman 

“Cebheinof.az”

Açar sözlər:

Emin Hüseynli Mehman Hüseynov

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Избранный
65
1
cebheinfo.az

2Источники