Azərbaycan və Serbiya regionlararası konnektivlikdə mühüm rol oynayır.
Bu barədə Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “X” hesabında paylaşım edib.
Hikmət Hacıyev Azərbaycanla Serbiyanı strateji tərəfdaşlar adlandırıb: ““Orta güc” sayılan Azərbaycanla Serbiya həm də regionlararası əməkdaşlıqda mühüm rol oynayır. Azərbaycan Cənubi Qafqaz və Xəzər regionunda, Serbiya isə Balkanlarda yerləşir. Zəngəzur dəhlizi və ya TRIPP təşəbbüsü Xəzər dənizi - Mərkəzi Asiya və Balkan regionları arasında konnektivliyi gücləndirmək üçün əlverişli fürsətlər yaradır”.
Tarix: 16 Fevral 2026, 13:18