Rusiya-Ukrayna müharibəsində daha bir azərbaycanlı həyatını itirib.BUTA.TVModern.az-a istinadən xəbər verir ki, Zaur Mühiddin oğlu Camalov Ukrayanın Zaporojye vilayəti istiqamətində gedən döyüşlərdə ölüb. Onun Rusiya ordusunun tərkibində snayper olaraq vuruşduğu məlumdur. Zaur Camalovun 1992-ci il noyabrın 30-da Azərbaycanda anadan olduğu və uzun illər Rusiyanın Lipetsk vilayətində yaşadığı bildirilir. Xatırladaq ki, Azərbaycanın Baş Prokurorluğu ötən il dekabrın 29-da vətəndaşlara müraciət eədək Rusiya-Ukrayna müharibəsində, eləcə də digər xarici ölkələrdəki silahlı münaqişələrdə iştirak etmək cinayət məsuliyyəti yaratdığını açıqlamışdı.