RU

İsgəndərli Albaniyada 5-ci qolunu vurdu

Azərbaycanlı futbolçu Vüsal İsgəndərlinin çıxış etdiyi “Partizani” Albaniya Superliqasında 24-cü turun oyununa çıxıb.

Msport.az xəbər verir ki, onun komandası evdə “Tirana” ilə qarşılaşıb.

“Partizani” bu oyunda 2:0 hesablı qələbə qazanıb. İsgəndərli meydana start heyətdə çıxıb. Azərbaycanlı yarımmüdafiəçi 37-ci dəqiqədə komandasının ikinci qolunu vurub. Bu, onun mövsümdə 5-ci qoludur. Vüsal 72-ci dəqiqədə əvəzlənib.

Qeyd edək ki, “Partizani” hazırda turnir cədvəlində 33 xalla 5-ci yerdədir.

Избранный
13
3
msport.az

4Источники