Azərbaycanlı futbolçu Vüsal İsgəndərlinin çıxış etdiyi “Partizani” Albaniya Superliqasında 24-cü turun oyununa çıxıb.
Msport.az xəbər verir ki, onun komandası evdə “Tirana” ilə qarşılaşıb.
“Partizani” bu oyunda 2:0 hesablı qələbə qazanıb. İsgəndərli meydana start heyətdə çıxıb. Azərbaycanlı yarımmüdafiəçi 37-ci dəqiqədə komandasının ikinci qolunu vurub. Bu, onun mövsümdə 5-ci qoludur. Vüsal 72-ci dəqiqədə əvəzlənib.
Qeyd edək ki, “Partizani” hazırda turnir cədvəlində 33 xalla 5-ci yerdədir.