RU

Daha bir yerüstü keçiddəki vəziyyətdən vətəndaşlar ŞİKAYƏT ETDİ VİDEO

Avtosfer saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

"Binə Atçılıq Mərkəzi"nə aparan yoldakı piyada keçidində yaranmış antisanitar vəziyyət ərazidə yaşayan sakinlərin narazılığına səbəb olub. Avtosfer.az xəbər verir ki, bununla bağlı görüntülər sosial şəbəkələrdə yayılıb və qısa zamanda geniş müzakirələrə yol açıb.

Vətəndaşların sözlərinə görə, keçid ərazisi uzun müddətdir təmizlənmir, ətraf zibil və məişət tullantıları ilə doludur. Bu isə həm piyadaların hərəkətini çətinləşdirir, həm də xoşagəlməz qoxu və gigiyenik problemlər yaradır.

Sakinlər bildirirlər ki, sözügedən yol intensiv istifadə olunur və xüsusilə uşaqlar və yaşlılar üçün təhlükəsizlik baxımından da risk yaradır. Onlar aidiyyəti qurumları ərazidə təmizləmə və nəzarət tədbirlərinin gücləndirilməsinə çağırıblar.

Eltac

Oxunub 136

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
64
avtosfer.az

1Источники