RU

Sadır Japarov üç naziri vəzifəsindən azad etdi


Qırğızıstan Prezidenti Sadır Japarov üç naziri vəzifəsindən azad edib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Qırğızıstan dövlət başçısının mətbuat xidməti məlumat yayıb.
Məlumata görə, Boobek Ajikeyev fövqəladə hallar, Absattar Sırqabayev nəqliyyat və kommunikasiya, Meder Maşiyev təbii sərvətlər naziri vəzifələrindən azad ediliblər.  
Prezident həmçinin Urmatbek Şamırkanovu fövqəladə hallar nazirinin səlahiyyətlərini icra edən, Talantbek Soltobayevi nəqliyyat və kommunikasiya nazirinin səlahiyyətlərini icra edən, Akıl Toktobayevi isə təbii sərvətlər nazirinin səlahiyyətlərini icra edən vəzifələrə təyin edib.
Onların namizədlikləri təsdiq üçün parlamentə təqdim olunacaq.
Nazirlərin işdən çıxarılma səbəbləri açıqlanmayıb.
Избранный
12
25
yeniavaz.com

10Источники