
Qırğızıstan Prezidenti Sadır Japarov üç naziri vəzifəsindən azad edib.
Yeniavaz.com xəbər verir ki, bu barədə Qırğızıstan dövlət başçısının mətbuat xidməti məlumat yayıb.
MÉ™lumata görÉ™, Boobek Ajikeyev fövqÉ™ladÉ™ hallar, Absattar Sırqabayev nÉ™qliyyat vÉ™ kommunikasiya, Meder MaÅŸiyev tÉ™bii sÉ™rvÉ™tlÉ™r naziri vÉ™zifÉ™lÉ™rindÉ™n azad ediliblÉ™r. Â
Prezident həmçinin Urmatbek Şamırkanovu fövqəladə hallar nazirinin səlahiyyətlərini icra edən, Talantbek Soltobayevi nəqliyyat və kommunikasiya nazirinin səlahiyyətlərini icra edən, Akıl Toktobayevi isə təbii sərvətlər nazirinin səlahiyyətlərini icra edən vəzifələrə təyin edib.
Onların namizədlikləri təsdiq üçün parlamentə təqdim olunacaq.
Nazirlərin işdən çıxarılma səbəbləri açıqlanmayıb.