RU

Avtobus 2 bahalı maşının arasında qaldı - Video

Bakı-Sumqayıt yolunda avtoqəza baş verib.
BUTA.TV Oxu.az-a istinadən xəbər verir ki, hadisə zamanı sərnişin avtobusu iki minik avtomobili ilə toqquşub. Baş Dövlət Yol Polisi İdarəsindən (BDYPİ) fakt təsdiqlənib. Bildirilib ki, qəza fevralın 15-də saat 16:20-də Bakı-Quba yolunun 8-ci kilometrində, Sumqayıt istiqamətində qeydə alınıb. "10 TH 236 dövlət nömrə nişanlı sərnişin avtobusu 10 KK 201 dövlət nömrə nişanlı "Mersedes-Benz Gelandevagen" və 77 DQ 014 dövlət nömrə nişanlı "Lynk & Co" avtomobilləri ilə toqquşub.

Hadisə nəticəsində xəsarət alan olmayıb. Nəqliyyat vasitələrinə maddi ziyan dəyib. Faktla bağlı araşdırma aparılır", - məlumatda bildirilib.

Избранный
91
2
buta.tv

2Источники