RU

Dövlət Proqramı çərçivəsində xaricdə təhsil üçün sənəd qəbulunun başlama tarixi açıqlandı

Bakı. Trend:

“Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrindətəhsil almalarına dair 2022–2028-ci illər üçün Dövlət Proqramı”çərçivəsində 2026–2027-ci tədris ili üzrə sənəd qəbuluna startveriləcək.

Trend Elm vəTəhsil Nazirliyinə istinadən xəbər verir ki, sənəd qəbulu aprelin15-də başlayacaq.

Bildirilir ki, Dövlət Proqramı çərçivəsində 2026–2027-ci tədrisili ilə əlaqədar prioritet ixtisas sahələrinə uyğun bakalavriat,magistratura və doktorantura təhsil proqramlarının nüfuzlu xariciali təhsil müəssisələri üzrə siyahısı 12 yanvar 2026-cı il tarixindəictimaiyyətə təqdim edilib. Proqrama müraciət üçün əsas şərtlərdənbiri məhz sözügedən siyahıda yer alan universitetlərdən müvafiqsahə və proqramlar üzrə qəbul sənədinin əldə edilməsidir.

Proqrama müraciət üçün tələb olunan sənəd nümunələri iləkeçiddən tanış olmaq mümkündür.

Dövlət Proqramı ilə bağlı suallarınıza isə aşağıdakı müvafiqlinklərdən istifadə edərək cavab tapa bilərsiniz.

Bakalavriat /Magistratura

Doktorantura

Избранный
101
28
az.trend.az

10Источники