RU

Məşhur Sevgililər tağı uçdu

Milli.az saytından verilən məlumata görə, ain.az xəbər verir.

İtaliyanın cənub bölgələri təbii fəlakətin təsiri altına düşüb. Kəskin iqlim dəyişiklikləri ilə hətta təbiət abidələri də bacara bilmir. Əlverişsiz hava şəraiti nəticəsində səyahətçilər arasında məşhur olan "Sevgililər tağı" adlı qaya uçub.

Milli.Az xəbər verir ki, bu barədə məlumat Daily Mail nəşrində dərc olunub.

Qəzet qeyd edir ki, sözügedən qaya möhtəşəm mənzərələri ilə tanınırdı və bu təbii görməli yerin görüntüləri dəfələrlə müxtəlif jurnalların üz qabıqlarını bəzəmişdi.

"Müqəddəs Andrey qülləsi qayası" (Torre Sant'Andrea), Apuliya bölgəsində yerləşən və əbədi məhəbbət axtarışında olan cütlükləri özünə cəlb edən məşhur turistik obyekt idi. Yerli inanclara görə, qayanın tağları altında öpüşən sevgililər ömürlük məhəbbət qazanırdılar", - deyə məqalə müəllifi vurğulayıb.

Ayxan

Milli.Az

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Избранный
69
1
news.milli.az

2Источники