ain.az, Qafqazinfo portalına istinadən məlumat yayır.
Bakıda ana gecə saatlarında azyaşlı qızını küçədə qoyaraq tərk edib.
“Qafqazinfo” Baku TV-yə istinadən xəbər verir ki, həmin azyaşlı yaxınlıqda olan Mehriban Qadın və Uşaq Sığınacağına gəlib.
Sığınacağın əməkdaşları qızı qarşılayıb və küçədə onun anasını axtarsalar da, tapa bilməyib.
Mehriban Qadın və Uşaq Sığınacağının əməkdaşı Müşfiq Hümbətli bildirib ki, uşağın valideyni gecə 01:00 radələrində onu 200-300 metr aralıda qoyub və deyib ki, özbaşına sığınacağa getsin: “Deyib ki, orada səni qəbul edəcəklər. Uşaq təkbaşına sığınacağa gəlib. Yolu tapmaya da bilərdi. Bu heç bir bəhanə ilə ölçüləsi bir şey deyil. Nə qədər axtarsaq da, anasını tapa bilmədik, uşağı sığınacağa qəbul etdik”.
Qeyd olunub ki, məsələ ilə bağlı polisə məlumat verilib, həmin qadının tapılması istiqamətində işlər aparılır.
Daha ətraflı videomaterialda:
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.