RU

O, sabah getməli idi! Ərdoğanın həmin ölkəyə səfəri son anda təxirə salındı

Prezident Rəcəb Tayyib Ərdoğanın 16-17 fevral tarixlərində Birləşmiş Ərəb Əmirlikləri və Efiopiyaya planlaşdırılan səfərləri ilə bağlı dəyişiklik olub. Ərdoğanın BƏƏ-yə səfəri daha gec tarixə təxirə salınıb.

Turkustan.az xəbər verir ki, prezident Aparatının Kommunikasiya İdarəsi məsələ ilə bağlı aşağıdakı açıqlamanı verib: "Cənab Prezidentimiz Rəcəb Tayyib Ərdoğan Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Şeyx Məhəmməd bin Zayed Əl Nəhyan ilə telefon danışığı aparıb".

Görüşdə Prezident Ərdoğan Əl Nəhyanın səhhətindəki problemlərdən kədərləndiyini bildirib və ona tezliklə sağalmasını arzulayıb.

Prezidentimiz Əl Nəhyanın xəstəliyi səbəbindən Birləşmiş Ərəb Əmirliklərinə səfərini təxirə saldığını və ən uyğun vaxtda müəyyən ediləcək başqa bir tarixdə Birləşmiş Ərəb Əmirliklərinə səfər edəcəyini bildirdi.

Aytən Yaşar/ Turkustan.az

Избранный
91
5
turkustan.az

10Источники