RU

Sudanda 3 gün ərzində 6 mindən çox insan öldürüldü

Ötən il oktyabr ayının sonlarında Çevik Dəstək Qüvvələrinin Sudanın Darfur bölgəsində başladığı hərbi əməliyyatın üç günü ərzində 6000-dən çox insan həlak olub.Metbuat.az xəbər verir ki, bu barədə Birləşmiş Millətlər Təşkilatının (BMT) hesabatında deyilir.

BMT-nin İnsan Hüquqları Ofisinin məlumatına görə, ötən il oktyabrın 25-dən 27-dək Faşirdə azı 4400 insanın qətli sənədləşdirilib. Bundan başqa, Çevik Dəstək Qüvvələrinin hücumlarından qaçmağa çalışarkən isə 1600-dən çox insanın öldürüldüyü bildirilir.

Избранный
25
9
metbuat.az

10Источники