20:17 15.02.2026
20:17 15.02.2026
Ötən il oktyabr ayının sonlarında Çevik Dəstək Qüvvələrinin Sudanın Darfur bölgəsində başladığı hərbi əməliyyatın üç günü ərzində 6000-dən çox insan həlak olub.
Mynews.azxəbər verir ki, bu barədə Birləşmiş Millətlər Təşkilatının (BMT) hesabatında deyilir.
BMT-nin İnsan Hüquqları Ofisinin məlumatına görə, ötən il oktyabrın 25-dən 27-dək Faşirdə azı 4400 insanın qətli sənədləşdirilib. Bundan başqa, Çevik Dəstək Qüvvələrinin hücumlarından qaçmağa çalışarkən isə 1600-dən çox insanın öldürüldüyü bildirilir.