GlobalInfo portalından alınan məlumata görə, ain.az xəbər verir.
Avropa İttifaqının xarici siyasət rəhbəri Kaya Kallas Ukraynanın quruma üzvlüyü ilə bağlı konkret tarix açıqlamaqdan imtina edib.
Globalinfo.az xəbər verir ki, bu barədə Reuters agentliyi məlumat yayıb. Bildirilib ki, Kallas Aİ üzv dövlətlərinin Ukraynanın qəbuluna dair konkret vaxt müəyyən etməyə hazır olmadığı təəssüratını ifadə edib.
O, Münhen Təhlükəsizlik Konfransı çərçivəsində keçirdiyi görüşlər zamanı Kiyevin üzvlük üçün hələ bir sıra islahatları başa çatdırmalı olduğunu vurğulayıb.
Ukrayna Prezidenti Volodimir Zelenski isə şənbə günü yenidən bəyan edib ki, Moskva ilə mümkün sülh sazişi çərçivəsində təhlükəsizlik zəmanətlərinin təmin olunması üçün ölkəsinin Aİ-yə qəbuluna dair dəqiq son tarixə ehtiyac var.
Tahir Turan
Globalinfo.az
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.