RU

Zelenski rusiyalı əsirlərin sayını açıqladı

Rusiyada təxminən 7000 ukraynalı, Ukraynada isə 4000-dən çox rusiyalı əsir saxlanılır.

Hakimiyyet.az xəbər verir ki, Volodimir Zelenski bunu Münhen Təhlükəsizlik Konfransında bildirib.

O, Moskva istəsə, Kiyevin "hamının hamıya" formulu ilə əsir mübadiləsi aparmağa hazır olduğunu bildirib.

Zelenski həmçinin müharibənin 2026-cı ilin sonuna qədər bitəcəyinə ümid etdiyini bildirib. O, ABŞ-ın 15 il müddətinə təhlükəsizlik zəmanəti təklif etdiyini, lakin Ukraynanın ən azı 30 il zəmanət istədiyini bildirib.

Ukrayna prezidenti Rusiyanın Donbası tamamilə ələ keçirməyə çalışdığını, lakin Ukraynanın bu ərazilərdən imtina etməyəcəyini vurğulayıb.

Elvin

Hakimiyyet.az

Избранный
15
2
hakimiyyet.az

3Источники