RU

Nigeriyada terrorçular mülki şəxslərə hücum edib - 32 nəfər öldürülüb

Nigeriyanın qərbində silahlı şəxslər üç kəndə hücum edərək 32 yerli sakini öldürüblər.

Bakıvaxtı.az xəbər verir ki, faciə ötən gecə Niger ştatında yerləşən Tuqan-Makeri, Konsoko və Pissa kəndlərində baş verib. 

Qurbanların dəqiq sayı hələ müəyyənləşdirilməyib, həmçinin naməlum istiqamətə aparılan girovların sayı da dəqiqləşdirilir.

Terror hücumunun “Boko Haram” qruplaşması tərəfindən həyata keçirildiyi ehtimal olunur.

Избранный
8
4
bakivaxti.az

9Источники